Yaponiya Baş naziri Kim Çen Inla görüşməyə hazırdır

yaponiya-bas-naziri-kim-cen-inla-gorusmeye-hazirdir
Oxunma sayı: 1319

Yaponiyanın Baş naziri Fumio Kisida qaçırılan vətəndaşların problemini həll etmək üçün KXDR lideri Kim Çen Inla görüş keçirməyə hazır olduğunu bildirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, siyasətçi mövqeyini bu məsələyə həsr olunmuş anım tədbirində açıqlayıb.

“Ali rəhbərliklə münasibət qurmaq son dərəcə vacibdir. Yüksəksəviyyəli görüşün tezliklə reallaşması üçün yüksəksəviyyəli məsləhətləşmələr aparmaq istərdik”, - “Mainichi” qəzeti onun sözlərini sitat gətirir.

KXDR Kəşfiyyat Xidmətləri tərəfindən yaponların qaçırılması mövzusu rəsmi diplomatik əlaqələri dəstəkləməyən iki dövlət arasındakı münasibətlərdə ən ağrılı mövzulardan biridir. 2002-ci ildə Pxenyan ilk dəfə yalnız 13 Yaponiya vətəndaşının qaçırılması faktını tanıyıb və onlardan beşinin vətənlərinə qayıtmasına icazə verib. Qalanları ölü elan edilib və qohumlarına həqiqiliyini təsdiqləmək mümkün olmayan qalıqlar göndərilib.

2014-cü ilin may ayında Yaponiya və KXDR hökumətləri Yapon vətəndaşlarının qaçırılması ilə bağlı yeni bir araşdırma aparmaq barədə razılığa gəliblər, lakin bununla məşğul olan komissiya sonradan Pxenyanın təşəbbüsü ilə ləğv edilib.