Yaponiyada Azərbaycan cüdo tarixinin ilk qızıl medalı - Fotolar

yaponiyada-azerbaycan-cudo-tarixinin-ilk-qizil-medali
Oxunma sayı: 4556

Dekabrın 2-i Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirinin ilk yarış günündə -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov qızıl medal qazanıb.

“Qafqazinfo” xəbər verir ki, Hidayət final görüşündə Yaponiya təmsilçisi Soiçi Haşimotoya qalib gəlib.

Belə ki, Azərbaycan cüdo tarixində ilk dəfə Yaponiyada Azərbaycan himni səsləndirilib.

Qeyd edək ki, Hidayət Soiçi ilə indiyədək 7 dəfə qarşılaşıb və hamısında ona uduzmuşdu.