Yaponiyadakı zəlzələdə ölənlərin sayı artdı

yaponiyadaki-zelzelede-olenlerin-sayi-artdi
Oxunma sayı: 3275

Yaponiyada yanvarın əvvəli baş verən zəlzələlər nəticəsində həlak olanların sayı artıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən ölənlərin sayı 241 nəfərə çatıb. 

11 nəfərin axtarışının davam etdiyi bildirilib.

Xatırladaq ki, yanvarın 1-i Yaponiyada 7,5 bal gücündə zəlzələ baş verib. Bunun ardınca müxtəlif gücə malik çox sayda digər yeraltı təkanlar qeydə alınıb.