Ermənistandakı aksiyada 12 nəfər saxlanılıb - Video - Yenilənib

ermenistandaki-aksiyada-12-nefer-saxlanilib
Oxunma sayı: 2812

Ermənistanda hökumət əleyhinə etiraz aksiyaları davam edir.

“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyan vətəndaşları İrəvanda yerli vaxtla 18:30-da Respublika meydanında toplaşmağa çağırıb. 

Bununla yanaşı, hazırda Ararat vilayətində və İrəvan Dövlət Universitetində də etirazlar başlayıb.

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan aksiyalara və Paşinyanın impiçment prosesinə start verildiyini açıqlayıb. 

***

Ermənistan polisi ölkədə keçirilən etiraz aksiyaları zamanı paytaxt İrəvan və ondan kənarda 12 nəfəri saxlayıb.