Yaponiyanın Baş naziri gözlənilmədən Kiyevə getdi - Yenilənib

yaponiyanin-bas-naziri-gozlenilmeden-kiyeve-getdi
Oxunma sayı: 3690

09:22

Yaponiyanın Baş naziri Fumio Kisida gözlənilmədən Ukraynanın paytaxtı Kiyevə yollanıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiya XİN təsdiq edib. 

Bundan əvvəl isə Kisidanın Kiyevə yollanması barədə məlumatı ölkənin yerli “NHK” telekanalı yayıb. XİN rəhbəri Kiyevə Polşadan qatarla yola düşüb. Məlumata görə, Kiyevə buradan qatarla səfər təqribən 10 saat vaxt tələb edir. Qatarın artıq Ukrayna sərhədini keçdiyi bildirilir. 

Kisida Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq. 

Bu, XİN başçısının Ukraynada müharibə başlayandan bu yana ölkəyə ilk səfəridir.

16:02

“Kyodo” agentliyinin məlumatına görə, Kisida artıq Kiyevdədir.