Yaralı əsgərlər Bakıya gətirilir- - Fotolar+Video

yarali-esgerler-bakiya-getirilir-
Oxunma sayı: 5034


"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, gecə saat 03:00-dən 05:00-a qədər Ermənistan silahlı qüvvələri tərəfindən 8 əsgərimiz yaralanıb. Yaralılar ağır vəziyyətdə olduqları üçün onları paytaxta yola salınıb.

Yaralılar xüsusi hərbi tibbi yardım helikopteri ilə aparılıb.

Qeyd edək ki, atışma zamanı milli ordumuzun 5 hərbçisinin şəhid olduğu deyilir. Lakin hələlik şəhidlərdən yalnız dördünün kimliyi məlum olub.

Həlak olan hərbi qulluqçular:

- gizir Əliyev Pərvin Səlahəddin oğlu;

- kiçik gizir Hüseynov Rahil Əfsər oğlu;

- kiçik gizir Əhmədov Elçin Rasim oğlu;

- müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Quliyev Sərxan Qeyrət oğlu.