İkinci Qarabağ müharibəsinin qazi və şəhid ailələrinə dəstək olmaq məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov daha bir neçə şəhid ailəsini ziyarət edib. Elşad Həsənov şəhid yaxınları ilə söhbət edib və gündəlik qayğı və problemləri ilə maraqlanıb. Şəhid ailələrinə ərzaq sovqatları təqdim edilib.
Yasamal rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə silahlı qüvvələrimiz Qarabağda tarixi qələbə qazandılar: "İndi biz şəhid ailələri və qazilərimizə hər cür mənəvi və maddi dəstək göstərməliyik. Yasamal rayonundan olan qazi və şəhid ailələri dövlət tərəfindən xüsusi diqqətlə əhatə olunacaq".
Yasamal rayon İcra Hakimiyyəti başçısının rayondakı qazi və şəhid ailələrinə ziyarəti davam edəcəyi bildirilib.
Son xəbərlər
Son Xəbərlər