Ramazan ayı ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinləri üçün Təzə Pir məscidində iftar sürfəsi açılıb.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, şəhid ailələrinin üzvləri, qazilər,aztəminatlı şəxslər, hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və rayon bələdiyyəsinin rəhbərliyi, millət vəkilləri, ali məktəb rektorları, həmçinin rayon ərazisində fəaliyyət göstərən müəssisə rəhbərləri, dini qurumların və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Tədbirdə Qurandan surələr oxunub, Ramazan ayının fəzilətləri barədə söhbət edilib, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.