“Yatır uçmuş məzarlarda, fərarilik etməyənlər...”

yatir-ucmus-mezarlarda-ferarilik-etmeyenler-
Oxunma sayı: 1172

“Qafqazinfo” bu məqamda jurnalistin “Şuşaya gedirəm” adlı şeirini “Kitab evi”nin oxucularına təqdim edir:




“Şuşaya gedirəm”


Hər gün Şuşaya gedirəm, 

Google-un xəritəsində 

Gözlərimlə dayanıram, 

Düz Şuşanın ortasında… 


Ürəyimdə qorxu da yox,

Nə Haykaz var, nə də Aşot 

Mən virtual qəhrəmanam, 

Nə avtomat, nə pulemyot? 


Bu Qoşavəng, bu Amaras, 

Bu da atamız Qandzasar 

Bu da onlar tikən bina, 

Kilsə tikib allahsızlar… 


Bu da Şuşa məzarlığı,

Heç bir yerə getməyənlər 

Yatır uçmuş məzarlarda, 

Fərarilik etməyənlər. 


Mən də qorxaq bir kişiyəm, 

Elə ki, arvadım yatır 

İnternet dadıma çatır, 

Çıxıb Şuşaya gedirəm. 

Google-un xəritəsində, 

Google anamı ağladır 

Mən hər gecə ağlayıram, 

Düz Şuşanın ortasında…