Yəhudiəsilli türkiyəli tanınmış yazıçı Mario Levi 66 yaşında dünyasını dəyişib.
“Qafqazinfo” “NTV” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı “Buart Sanat Atölyesi” açıqlayıb.
Qeyd edək ki, M.Levi 1957-ci ildə İstanbulda anadan olub. O, “İstanbul bir nağıldı”, “Ən gözəl eşq hekayəmiz”, “Lunapark bağlandı” kimi əsərlərlə məşhurluq qazanıb.