“Yazın ki, bina Ruslanındır, nə olsun?!” - Vəkili

yazin-ki-bina-ruslanindir-ne-olsun
Oxunma sayı: 3147

Bu gün şagirdin müəllimini güllələdiyi “İdrak” liseyinin binasının hazırda həbsdə olan tanınmış iş adamı Ruslan Eyyubova məxsus olması ilə bağlı məlumatlar yayılıb.

“Qafqazinfo” məsələni dəqiqləşdirmək üçün Ruslan Eyyubovun vəkili Muxtar Mustafayevlə əlaqə saxlayıb.

Vəkil binanın mülkiyyətinə dair suala aqressiv reaksiya verib. O, binanın kimə məxsus olmasının baş verən hadisə ilə heç bir əlaqəsi olmadığını vurğulayıb:

“Nə dəxli var, bina Ruslanındır, yoxsa yox?! Mən hələ həmin binanın müvəkkilimə məxsus olub-olmadığını dəqiqləşdirməmişəm. Amma lap tutaq ki, onundur. Nə dəyişir? Onu deyə bilərəm ki, bu məsələnin indiki hadisə ilə heç bir əlaqəsi yoxdur. Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir. Belə məlumatların yayılması ilə nə əldə olunur? Bu dəqiqə kim nə gəldi danışır. Hə, yaxşı, yazın ki, onundur. Nə olsun?!”

Fotoda: vəkil Muxtar Mustafayev

Qeyd edək ki, Bakı–Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının faktiki sahibi kimi tanınan Ruslan Eyyubov iki ay əvvəl 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı həbs edilib. Onun qardaşı  general Həsən Eyyubov da elə bu hadisələrin gedişində Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib.