“Yeganə məşqçisən ki, 1 məğlubiyyətə görə millidən getmisən” - Video

yegane-mesqcisen-ki-1-meglubiyyete-gore-milliden-getmisen
Oxunma sayı: 1750

“Hər zaman bu mövzuda Qurban müəllimə zarafat edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov İTV-nin efirində deyib.

Təcrübəli mütəxəssis Qurban Qurbanovun Milli kamandadan ayrılmasını belə şərh edib:

“Deyirəm ki, sən yeganə məşqçisən ki, millidə rəsmi oyunda 1 məğlubiyyətin var və buna görə getmisən. Rekord səndədir. Dünyada başqa belə bir məşqçi yoxdur”.