Yəhya Musayev vəzifəsindən azad olundu

yehya-musayev-vezifesinden-azad-olundu
Oxunma sayı: 11582

Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, Yəhya Musayev 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncamla Vüqar Mustafayev müdafiə sənayesi naziri təyin olunub.