Yelo Bank əməkdaşları üçün növbəti “Sağlamlıq günü” təşkil edilib

yelo-bank-emekdaslari-ucun-novbeti-saglamliq-gunu-teskil-edilib
Oxunma sayı: 985

Sağlam komanda güclü komanda və müştərilərə daha yaxşı xidmət deməkdir. Bunu anlayan Yelo Bank əməkdaşları üçün mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirir. Belə layihələrdən biri də ötən gün Paşa Sığortanın birgə təşkilatçılığı ilə keçirildi. Bankın Baş ofisində Sağlam Ailə komandasının iştirakı ilə əməkdaşlar üçün ödənişsiz Qlikohemoqlabin (gizli şəkər) və Vitamin D müayinəsi təşkil edildi.

2023-cü il Yelo Bank-da Sağlamlıq ili kimi qeyd edilir. Bank bundan öncə əməkdaşlarına ödənişsiz göz müayinəsi, terapevt sessiyası təşkil edib, şəhərdən kənar turlar həyata keçirib. Qeyd edək ki, əməkdaşların asudə vaxtlarında voleybol, basketbol, yoqa, futbol və fitneslə məşğul olmaları üçün Yelo Bankın Baş ofis binasında zəruri şərait yaradılıb. Bankın parlaq komandasının bir parçası olmaq istəyirsinizsə, vakansiyalarla tanış olun: https://bit.ly/bank-vakansiya

Bank xidmətləri, eləcə də onlayn odeme haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!