“Yeni Avaz” geri döndü!

yeni-avaz-geri-dondu
Oxunma sayı: 1223

“Araz” radiosu ənənəsini davam etdirərək dinləyicilərinə ad günü münasibətilə unudulmaz bir hədiyyə təqdim edir – “Yeni Avaz 2”.

İlk buraxılışı ilə böyük səs-küy yaradan layihə bu dəfə daha iddialıdır və yenə dinləyiciləri təəccübləndirməyə hazırdır.

Bu layihədə sevilən ifaçıları tamamilə fərqli janrlarda kəşf edəcək, məşhur hitləri gözləmədiyiniz səslərdən eşidəcəksiniz. Musiqi sərhədləri silinir, tərzlər birləşir və “Yeni Avaz 2” sizə əsl musiqi macərası vəd edir.

Xanəndə Elnur Zeynalov və Güllü Muradova Flora Kərimova ilə Faiq Ağayevin bir vaxtlar hit olmuş “Bir daha” mahnısını, muğam ifaçısı Kamilə Nəbiyeva Almaz Ələsgərlinin “Yazığım gəlir sənə”, Xalq artisti Nazpəri Dostəliyeva öz repertuarından fərqli olan Rast qrupunun “Sənsiz”, ilk dəfə estrada tərzində ifa edən Şəbnəm Tovuzlu Elnarə Xəlilovanın “Qəm otağı”, Azad Şabanov Rəhim Rəhimlinin unudulmaz mahnısı olan “Qal yana-yana”nı, Əməkdar artist Abbas Bağırov Ceyhun Zeynalovun “Məsafələr”, Aisel Məmmədova İradə İbrahimovanın “Neyləyək”, Natavan Həbibi isə xalq mahnısı “Bu qala daşlı qala”nı tam fərqli tərzdə ifa edib.