İzlənmə rekordları qıran “Aşk-ı Memnu” serialı əsasında çəkiləcək filmin baş qəhrəmanları Bihter və Behlülün ilk görüntüləri yayılıb.
“Qafqazinfo” xəbər verir ki, filmdə Behlül obrazını canlandıracaq aktyor Boran Kuzum öz instaqram hesabında həmkarı Farah Zeynep Abdullahla çəkiliş zamanı lentə alınmış fotosunu paylaşıb.
Qeyd edək ki, ekran işi rəqəmsal platformada təqdim olunacaq.
Xatırladaq ki, illər əvvəl “Kanal D”də yayımlanmış “Aşk-ı Memnu” serialında baş rolları Beren Saat (Bihter) və Kıvanç Tatlıtuğ (Behlül) canlandırıblar.