Yeni nazir iş başında - Fotolar

yeni-nazir-is-basinda
Oxunma sayı: 8966

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, sərgiyə yeni təyin olunan müdafiə sənayesi naziri Vüqar Mustafayev də qatılıb.

O, dövlət başçısına sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. təqdim edildiyi barədə məlumat verib.

Qeyd edək ki, noyabrın 18-də Mədət Quliyev müdafiə sənayesi naziri vəzifəsindən azad edilib. Onun yerinə V.Mustafayev təyin edilib.