Dünən istifadəyə verilən Bakı- Sumqayıt sərnişin qatarında xoşagəlməz hadisə baş verib.
“Qafqazinfo”nun azvision.az-a istinadən məlumatına görə, yenicə sərnişinlərin istifadəsinə verilən qatarın şüşəsi sındırılıb.
Aparılan araşdırma zamanı şüşəni sındıran şəxs müəyyən edilərək tutulub. Onun kimliyi açıqlanmır.
Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sürətli qatarı dünən istifadəyə verilib. Qatardan istifadə üç gün ərzində pulsuz olacaq.




Son xəbərlər
Son Xəbərlər