Yeni rəis generalı işdən çıxardı

yeni-reis-generali-isden-cixardi
Oxunma sayı: 21623

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini işdən çıxarılıb. 

“Qafqazinfo” Unikal.az-a istinadən xəbər verir ki, xidmət rəisi polkovnik Mürsəl İbrahimovun əmri ilə 1-ci müavini general-mayor Zaur Abdullayev vəzifəsindən kənarlaşdırılıb.

Hələlik onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, ötən ay Mürsəl İbrahimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edilib.