Yenilənmiş “Chery Bakı Mərkəzi”nin açılış mərasimi baş tutdu! - Fotolar

yenilenmis-chery-baki-merkezinin-acilis-merasimi-bas-tutdu
Oxunma sayı: 3213

16 aprel tarixində CHERY Azərbaycanın, satış və servis mərkəzinin böyük açılış gecəsi və tam elektrikli yeni Chery EQ7 modelinin təqdimatı baş tutdu.

“Qafqazinfo” xəbər verir ki, tədbir Efendiler Group icraçı direktoru Amal Əlili və Chery International regional direktoru Zhi Wang-ın sözləri ilə başladı. Qırmızı lent kəsimi ilə rəsmi açılış qeyd edildi.

Bütün standartlara cavab verən, müştərilərin rahatlığı və ətraflı məlumatlanması üçün nəzərdə tutulan yeni satış və servis mərkəzi böyük diqqətə səbəb oldu. 

Yüksək peşəkarlığı ilə seçilən satış nümayəndələri müştərilərə avtomobillərə dair tam məlumat verməyə, test-drayv təşkil etməyə və optimal təchizatlı avtomobil seçimində yardımçı olmağa hər zaman hazırdırlar. Burada həmçinin ziyarətçilər üçün rahat istirahət zonası da təşkil olunub.

Servis bölməsi tələb olunan bütün texniki xidmət və təmir işlərini həyata keçirməyə imkan verən müasir avadanlıqlarla təchiz olunub. Həmçinin burada orijinal ehtiyat hissələri üçün geniş anbar da mövcuddur.

Tədbirin ən maraqlı məqamlarından biri də elə məhz yeni tam elektrikli EQ7 modelinin təqdimatı oldu. 66 kWh batareya həcminə sahib olan bu model, tam şarjla 512 km-dək məsafə qət etmə imkanına sahibdir. Cəlbedici dizayn, rahat interyer və innovativ funksiyaları ilə diqqətləri özündə toplayan bu model, böyük açılış ilə əlaqədar 30 Aprel tarixinədək -5% ENDİRİM ilə sadəcə 51 200 AZN təqdim olundu. 

Yeni EQ7 və ya digər CHERY brendinə məxsus model sıralaması ilə yaxından tanış olmaq üçün Babək prospekti, 37 ünvanında yerləşən yeni CHERY Bakı Mərkəzinə yaxınlaşa bilərsiniz.