Təhsil TV tərəfindən “İkinci şans” sənədli filmi hazırlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu sənədli filmdə yetkinlik yaşına çatmayan məhbusların Penitensiar müəssisədəki təhsil həyatından bəhs olunur.
Belə ki, onlar səhvlərinə görə cəza çəkirlər, amma eyni zamanda dəyişmək, yenidən başlamaq üçün ikinci şans qazanırlar. Bu divarların arasında təhsil seçim deyil, məcburiyyətdir.
Burada həm tam orta məktəb, həm də peşə təhsili məktəbi var.
Film göstərir ki, bir yeniyetmənin taleyini dəyişən təkcə hökm, cəza deyil, müəllimin səsi, bir dəftər, bir dərs zəngi də ola bilər.
Bu film cəmiyyətə bir mesajdır: Səhv son deyil. Səhv öyrənməyin başlanğıcıdır.
Son xəbərlər
Son Xəbərlər