Yerevanda müxalifət yenidən parlamentin qarşısına qayıtdı - Video

yerevanda-muxalifet-yeniden-parlamentin-qarsisina-qayitdi
Oxunma sayı: 1638

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifətçilər yenidən Baqramyan prospektinə, parlament binasının qarşısına qayıdıb.

Bu barədə “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir.

Bundan əvvəl onlar Yerevanın mərkəzində bir neçə kilometr yürüş keçirib, Paşinyanın ünvanına təhqiredici şüarlar səsləndirib. İndi onlar Baqramyan prospektinə qayıdıb.

Burada bir neçə min insan var, onlar səsgücləndiricilər vasitəsilə vətənpərvər mahnılar dinləyir. Polis baş verənlərə qarışmır.