Yerlə yeksan olan kənd... - Video

yerle-yeksan-olan-kend
Oxunma sayı: 3150

Türkiyədə baş verən zəlzələlərdən sonra "Şəkəroba" kəndi demək olar ki, tamamilə dağılıb.

"Qafqazinfo" "İHA"ya istinadən xəbər verir ki, zəlzələ nəticəsində həmçinin, kəndin yüzlərlə sakini həlak olub.

Kənd sakini 65 yaşlı Ümmühan Yıldız həmin günü belə xatırlayır:

"İki nəvəm yanımda idi. İşa namazını qılandan sonra yatmadım. Sonra nələr oldu, bilmirəm. Bir onu bilirəm ki, zəlzələ olanda meşə yolu ilə çıxmışıq. Mən indi özüm deyiləm".

Daha ətraflı videomaterialda: