Yollarda görünüş məsafəsi məhdudlaşacaq

yollarda-gorunus-mesafesi-mehdudlasacaq
Oxunma sayı: 269

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrın 22-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.