Yolu keçmək istəyirdi, maşın vurub öldürdü

yolu-kecmek-isteyirdi-masin-vurub-oldurdu
Oxunma sayı: 3787

Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon  ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Opel” markalı minik maşını yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev