“Yoluxmamağım üçün ağzını dezinfeksiya etdi” - O səhnənin hekayəsi...

yoluxmamagim-ucun-agzini-dezinfeksiya-etdi
Oxunma sayı: 3888

Hollivud filmlərində və ya dünyaca məşhur ulduzların rol aldığı seriallarda, demək olar ki, hər səhnənin bir hekayəsi var.

"Qafqazinfo" "Dynasty" (1981-1989) serialının çəkiliş meydançasındakı kiçik hadisənin təsirli hekayəsini təqdim edir:

Serialın baş rollarını Rok Hudson və Linda Evans ifa ediblər. Məşhur aktyor Evans tərəf müqabili Rok Hudsonun ona necə böyük diqqət göstərdiyindən danışıb.

Evans bu hadisəni hər dəfə danışarkən göz yaşlarını saxlaya bilmədiyini deyib:

"Mənim emosiya ilə xatırladığım həmin səhnələr Hudsonun ölümündən bir il əvvəl, yəni 1984-cü ildə çəkilib. Ssenarinin bir hissəsində mən Hudsonla öpüşməli idim. Səhnə dəfələrlə təkrarlansa da, Rok Hudson mənə ssenaristin dediyi kimi yaxınlıq göstərmədi. Çünki o, ağzını möhkəm bağlayaraq səhnəyə etiraz edirdi. Sonralar isə bununla məni əziyyət çəkdiyi QİÇS xəstəliyindən qoruduğunu anladım. Heç kim onun bu xəstəlikdən əziyyət çəkdiyini bilmirdi. O, həmçinin səhnəni çəkməzdən əvvəl müxtəlif vasitələrlə mənim yoluxmamağım üçün ağzını dezinfeksiya etdi. Bunlar mənə görə imiş".

Qeyd edək ki, 1950-ci illərdə karyerasının ən parlaq dövrünü yaşayan Rok Hudson 1985-ci ildə vəfat edib. Onun QİÇS-in yaratdığı fəsadlar səbəbilə öldüyü deyilir.