Bu ilin fevralında nəzarət-yoxlama tədbirləri nəticəsində Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad olunan Xəyal Məmmədovun yerinə təyinat olub.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Əmr imzalayıb.
Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsinə Vüsal Cəfərov təyin olunub. V.Cəfərov buna qədər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektoruna müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi.
Yunis Quliyev