Astarada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
DİN-in Lənkəran Regional Qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, hadisə dünən axşam saatlarında rayonun Pensər kəndi ərazisində baş verib.
Belə ki,1988-ci il təvəllüdlü Peyman Ruşanov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə hərəkətdə olarkən rayon sakini 1980-ci il təvəllüdlü Nazim Baxşiyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.