Yuri Lujkov vəfat etdi

yuri-lujkov-vefat-etdi
Oxunma sayı: 3376

Moskvanın sabiq meri Yuri Lujkov dünyasını dəyişib.

“Qafqazinfo”nun “REN TV”yə istinadən verdiyi xəbərə görə, o, 84 yaşında Bavariyanın paytaxtı Münhendə ürək əməliyyatı keçirdiyi özəl klinikaların birində vəfat edib.

Xatırladaq ki, Y. Lujkov 1992-2010-cu illərdə Moskvanın meri olub. 2010-cu ildə o zamankı Prezident Dmitri Medvedevin qərarı ilə “etibarın itirilməsi ilə əlaqədar” vəzifəsindən azad edilib. 2016-cı ilin sentyabrında Prezident Vladimir Putin onu IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

***

“Baza” teleqram-kanalı xəbər verir ki, Y. Lujkov əməliyyatdan bir gün sonra vəfat edib. Qeyd olunur ki, o, ürək əməliyyatından sonra anesteziyadan ayılmayıb.