Yusif Mustafayev kliniki ölüm keçirib - ”Əzrayılı gördüm...”

yusif-mustafayev-kliniki-olum-kecirib
Oxunma sayı: 11951

Əməkdar artist Yusif Mustafayev həyatı ilə bağlı maraqlı etiraf edib.

”Qafqazinfo”nun axşam.az-a istinadən məlumatına görə, müğənni “10-dan sonra” verilişində kliniki ölüm keçirdiyini deyib:

“Həyatımda qəribə hadisə olub. 1981-ci il mayın 1-də başıma bir faciə gəldi. Ömrüm elə bil kəsildi. Allah məni anama bağışladı. Elektrik vurdu və getdim. Əzrayılı gördüm, gecə quşuna bənzəyən bir şey idi. 14 saat komada qaldım. Kliniki ölüm keçirdim. Hər il mayın 1-də qurban kəsir və imkansızlara paylayıram. O hadisədən sonra övladım dünyaya gəldi”.