İtaliyanın "Yuventus" klubunun səfiri kimi fəaliyyət göstərən fransalı sabiq futbolçu David Trezeqe bu gün Bakıya gələcək.
“Qafqazinfo” xəbər verir ki, ötənlərin məşhur futbolçusunun paytaxtımıza səfərinin məqsədi Azərbaycanda fəaliyyət göstərən "Yuventus" klubunun "I Gighiti Bianconeri" adlı rəsmi fan klubunun Bakıda AFFA-nın dəstəyi ilə təşkil etməyi planlaşdırdığı "Juventus camp"la bağlı mətbuat konfransında iştirak etməkdir.
Fan klubun tədbiri martın 11-də Bakı Olimpiya Stadionunda keçiriləcək. D.Trezeqeni "Yuventus" klubunun rəsmi şəxsləri müşayiət edəcək. Fransalı ulduzun həmin gün Hilton otelində keçiriləcək AFFA-nın Hesabat-Seçki Konfransında da qonaq qismində iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, David Trezeqe 1998-ci ilin dünya, 2000-ci ilin Avropa çempionu, 2006-cı il dünya çempionatının gümüş mükafatçısı olub.
Son xəbərlər
Son Xəbərlər