Zakir Həsənov II Fəxri xiyabanda - Fotolar

zakir-hesenov-ii-fexri-xiyabanda
Oxunma sayı: 3241

Müdafiə naziri Zakir Həsənov Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabana gəlib.

“Qafqazinfo” xəbər verir ki, nazir Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların xatirəsini yad etmək məqsədilə xiyabanda keçirilən anım mərasimində iştirak edir.

Qeyd edək ki, şəhidlərin xatirəsi saat 12:00-da 1 dəqiqəlik sükutla yad olunacaq.

***

Zakir Həsənov şəhidlərin valideynləri və yaxınları, həmçinin qazilərlə görüşüb, onların problemlərini dinləyib. Müraciətlər nazirin göstərişi ilə MN əməkdaşları tərəfindən qeydə alınıb.

Amin Nəzərli

Fotolar: Pərvin Zeynal