Zamirə Ədilova vəzifəsindən ayrıldı

zamire-edilova-vezifesinden-ayrildi
Oxunma sayı: 2336

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova vəzifəsindən ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə özü sosial şəbəkə hesabında məlumat yayıb.

“Bu gün TƏBİB-də son iş günüm idi. Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm”, - deyə paylaşımında bildirib.

Qeyd edək ki, o bu vəzifədə 2022-ci ildən çalışırdı.