Zaqatala Dövlət Təbiət Qoruğunda payız... - Fotolar

zaqatala-dovlet-tebiet-qorugunda-payiz
Oxunma sayı: 2841

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zaqatala Dövlət Təbiət Qoruğundan yeni görüntülər yayımlayıb. 

“Qafqazinfo” xəbər verir ki, nazirliyin sosial şəbəkə hesabında paylaşılan fotolarda qoruğun payız mənzərəsi əks olunub. 

Bununla yanaşı, fotolarda Zaqatala Dövlət Təbiət Qoruğunun palıd, vələs, fıstıq, qarağac, cökə, şabalıd, qoz kimi ağaclardan ibarət meşələrinin rəngarəngliyi, dumanlı və qarlı dağları öz əksini tapıb. 

Qoruğun gözəlliyinə gözəllik qatan təkcə qızıl payız deyil, eyni zamanda burada məskunlaşan müxtəlif heyvanlardır.