Zəfər Günü Nərimanovda da qeyd olundu - Video

zefer-gunu-nerimanovda-da-qeyd-olundu
Oxunma sayı: 825

Nərimanov Rayon İcra Hakimiyyətinin və YAP Nərimanov təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbirdə rayonun rəhbərliyi, millət vəkilləri, politoloqlar, incəsənət xadimləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev ölkəmizin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi uğurlardan, tarixin mürəkkəb bir dönəmində qazanılan parlaq zəfərdən söz açıb. E.Həbibullayev Azərbaycanın bu gün dünyada gedən proseslərdə, regionun və dünyanın yeni iqtisadi-siyasi arxitekturasının formalaşmasında fəal iştirak etdiyini, bütün bu uğurların kökündə isə Prezidentin şəxsiyyətinin miqyası, onun xarizmasının dayandığını bildirib.

YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev bildirib ki, Azərbaycanın qələbəsi təkcə hərbi deyil, eyni zamanda iqtisadiyyatın, səmərəli dövlət idarəçiliyinin, cəmiyyətin sıx birliyinin nəticəsi idi.

Tədbirdə çıxış edən digər natiqlər çıxışlarında qeyd ediblər ki, Vətən müharibəsində əldə olunan Böyük Zəfər təməli Ulu öndər tərəfindən qoyulan yolun Prezident İlham Əliyev tərəfindən böyük qürur və uğurla davam etdirməsinin nəticəsidir ki, tarixi ədalət bərpa olunub və torpaqlarımız işğaldan azad edilib.

Tədbir tanınmış incəsənət xadimlərinin musiqili ifaları ilə davam edib.