Zəhra övladlarının gözü qarşısında öldürülübmüş - Video

zehra-ovladlarinin-gozu-qarsisinda-oldurulubmus
Oxunma sayı: 4463

Xəbər verdiyimiz kimi, Şəkidə 34 yaşlı Zəhra Əliyeva atasının evində qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı mərhumun qardaşı Rəşad Balaməmmədov Baku TV-yə danışıb.

“Səhər saatlarında yoldaşım zəng edib dedi ki, bacını bıçaqlayıblar, tez evə gəl. Gəlib gördüm, bacım yerdə uzanıb. O artıq 9 aydır ki, bizimlə qalırdı. Boşanma ərəfəsində idilər, 3-4 ay idi ki, məhkəmə prosesi gedirdi. Həyat yoldaşı 9 aydır axtarışda idi. Uşaqların gözü qarşısında bacımı bıçaqlayıb”, - o söyləyib.

Qeyd edək ki, hadisənin onun əri tərəfindən törədildiyi bildirilir. Onların 3 və 13 yaşlı iki övladı var.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə: