Zelenski Aİ-nin sammitində çıxış edəcək

zelenski-ai-nin-sammitinde-cixis-edecek
Oxunma sayı: 1432

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqına üzv ölkələrin liderlərinin sammitində çıxış edəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  sammitlə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üzv ölkələrin dövlət və hökumət başçılarına dəvət məktubu yollayıb.

Qeyd edək ki, görüş martın 23-24-də Brüsseldə keçiriləcək.