Zelenski diplomatik komandasını dəyişməyi planlaşdırır

zelenski-diplomatik-komandasini-deyismeyi-planlasdirir
Oxunma sayı: 208

Ukrayna Prezidenti Volodimir ölkənin diplomatik korpusunda kadr dəyişiklikləri barədə məlumat verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Zelenski rəsmi teleqram kanalında xalqa müraciətində danışıb.

Zelenski qeyd edib ki, o, təkcə diplomatik heyətlə deyil, həm də Ukraynanın maraqlarını müdafiə etməkdə özünü sübut etmiş şəxslərlə danışıb.

“Biz Avropada və onun hüdudlarından kənarda diplomatik işin müəyyən sahələrini gücləndirməyə hazırlaşırıq. Ukraynanın maraqları rəsmi səviyyədə və ya Rusiyanın təsiri altında olan ölkələrin icmaları ilə qarşılıqlı münasibətlərdə təmsil olunmalıdır”, - deyə Ukrayna lideri əlavə edib.