Zelenski Ermənistana gedəcək

zelenski-ermenistana-gedecek
Oxunma sayı: 3889

Ukrayna Prezidenti Volodimir Zelenski yaxın vaxtlarda Ermənistana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Factor.am” öz mənbələrinə istinadən məlumat yayıb.

“Etibarlı mənbəmizin bildirdiyinə görə, hazırda Ukrayna Prezidentinin Ermənistana səfəri hazırlanır, lakin səfərin tarixi son olaraq təsdiqlənməyib. Vaxtı ilə bağlı Ukrayna tərəfi ilə danışıqlar aparılır. Volodimir Zelenskinin İrəvana martda gələcəyi gözlənilir”, - nəşr qeyd edib.