Zelenski Makronla da saziş imzaladı

zelenski-makronla-da-sazis-imzaladi
Oxunma sayı: 1954

Ukrayna Prezidenti Volodimir Zelenski Fransaya səfər edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski burada fransalı həmkarı Emmanuel Makronla 10 il müddətinə təhlükəsizlik sahəsində zəmanətlər və əməkdaşlıq haqqında saziş imzalayıb.

Mərasimi Yelisey sarayının mətbuat xidməti yayımlayıb.

“Biz 10 il müddətinə müqavilə imzaladıq və bu, Ukrayna NATO-ya üzv olana qədər qüvvədə olacaq”, - Makron bildirib.

Bunun fonunda o, Ukraynanın Avropa İttifaqına qoşulacağına əminliyini ifadə edib.

Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski Münhen Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya səfəri zamanı Almaniya kansleri Olaf Şoltsla təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıb.