Zelenski ona Trampla söhbətindən danışdı

zelenski-ona-trampla-sohbetinden-danisdi
Oxunma sayı: 1815

Ukrayna Prezidenti Volodimir Zelenski Polşanın Baş naziri Donald Tusk ilə danışıqlar aparıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna lideri özünün teleqram kanalında məlumat verib.

Zelenskinin sözlərinə görə, tərəflər Ukraynada davamlı sülh üçün lazım olan şərtləri müzakirə ediblər. Siyasətçi Tuska ABŞ Prezidenti Donald Trampla söhbətindən də danışıb.

“O, vurğuladı ki, Ukrayna güclü mövqedən, güclü və etibarlı təhlükəsizlik zəmanəti ilə danışıqlar aparmalıdır. Digər mühüm təminat Ukraynanın müdafiə sənayesinə ciddi sərmayə qoyuluşudur”, - deyə Ukrayna lideri yazıb.