Zelenski 2 erməni əsilli iş adamına qarşı sanksiya tətbiq etdi - Yenilənib

Zelenski 2 erməni əsilli iş adamına qarşı sanksiya tətbiq etdi
Oxunma sayı: 2029

Ukrayna Prezidenti Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının 3 il müddətinə Rusiya şirkətlərinə sanksiya tətbiq edilməsi qərarını imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin rəsmi saytında məlumat verilib. 3 il müddətinə məhdudiyyətlər qoyulacaq şirkətlərin siyahısı da əlavə sənəddə göstərilib.

***

Sanksiya siyahısına ümumilikdə 13 vətəndaş, həmçinin 95 şirkət düşüb.

13 fiziki şəxs aşağıdakılardır: erməni əsilli Araik Amirxanyan, Seyar Kurşutov, Aleksandr Çerepinski, Eduard Kukoba, Oleq Doronin, erməni əsilli Tiqran Melkonyan, Vladimir Polusitok, Denis Aminev, Sergey Serdük, Mixail Qribanov, Andrey Popov, Oleq Boqdanov, Yuri Dvorak.

Prezidentin Fərmanı aktivlərin bloklanması; ticarət əməliyyatlarının tam dayandırılması; Ukraynanın hüdudlarından kənara kapitalın çıxarılmasının qarşısının alınması; xarici dövlətin rezidentləri tərəfindən özəlləşdirmədə, dövlət əmlakının icarəyə götürülməsində iştirakın qadağan edilməsi; qiymətli kağızlarla sövdələşmələrin qadağan edilməsi; xarici dövlətə investisiyaların həyata keçirilməsi üçün Ukrayna Milli Bankının icazələrinin, lisenziyalarının verilməsi qadağan edilməsini nəzərdə tutur.