Zəlzələdə ölənlər üçün bir çox ölkələrdə işıqlar söndürüləcək

zelzelede-olenler-ucun-bir-cox-olkelerde-isiqlar-sondurulecek
Oxunma sayı: 2055

Türkiyə və Suriyada baş verən zəlzələlərdə həyatını itirənlər üçün "Yer saatı" tədbirində bir çox ölkələrdə işıqlar söndürüləcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hər il mart ayının son şənbə günü bütün dünyada keçirilən "Yer saatı" tədbiri zamanı işıqlar söndürülərək müxtəlif mövzular üzrə insanlara dəstək verilir.

"Yer saatı" tədbirinin təşkilatçıları bunun Türkiyə üçün çox vacib olduğunu deyib:

"Zaman 6 fevralda dayandı. Verdiyi böyük dağıntı bizi kədərləndirdi. 16 ildir, 1 saatlıq söndürdüyümüz işıqları Türkiyənin gələcəyi üçün yenidən söndürəcəyik".

Qeyd edək ki, iqlim böhranı və təbiət itkisinə diqqət çəkmək üçün 2007-ci ildən bəri keçirilən "Yer saatı" tədbirində bir çox ölkələrdə işıqlar müəyyən müddətlik söndürülür.