Zəlzələdən sonra üzə çıxdığı deyilən qala divarları ilə bağlı açıqlama - Yenilənib

zelzeleden-sonra-uze-cixdigi-deyilen-qala-divarlari-ile-bagli-aciqlama
Oxunma sayı: 8033

Sosial şəbəkələrdə dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarlarının üzə çıxdığına dair görüntülər yayılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Nazirlikdən “Qafqazinfo"ya bildirildi ki, məlumatın doğru olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib:

“Nəticə barədə məlumat veriləcək”.

***

Mədəniyyət Nazirliyi sözügedən məsələ ilə bağlı daha bir açıqlama yayıb.

Bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən Otman Bozdağ vulkanının yaxınlığında qala divarlarının üzə çıxması ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntülərlə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları əraziyə baxış keçirib.

Məlum olub ki, aşınma nəticəsində üzə çıxan daşlar tikinti effekti yaradıb. Ərazidə tarixi, arxeoloji əlamət daşıyan hər hansı mədəniyyət nümunəsinin qalıqları müşahidə olunmayıb.

Qala divarlarının olduğu iddia edilən yerin təbii aşınma nəticəsində yaranmış daş qatları olduğu müəyyən edilib.

Telli Minbir