Zəlzələdən zərər çəkən azərbaycanlıların nəzərinə!

zelzeleden-zerer-ceken-azerbaycanlilarin-nezerine
Oxunma sayı: 3326

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bu gün baş vermiş zəlzələ ilə əlaqədar “qaynar xətt”in açıldığını bildirib.

“Qafqazinfo”nun məlumatına görə, səfir Kahramanmaraş və ətraf vilayətlərdə baş vermiş zəlzələdə zərərçəkən Azərbaycan vətəndaşlarının +90 532 577 61 68 nömrəsi ilə əlaqə saxlamasını xahiş edib.

Qeyd edək ki, ilkin məlumata görə, zəlzələdə 76 nəfər vəfat edib, yüzlərlə yaralı var.

***

Türkiyənin zəlzələ qeydə alınan bölgələrində xəsarət alanlar və ölənlər arasında azərbaycanlıların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.

Bu barədə “Qafqazinfo”ya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib.

“Hələlik hər hansı məlumat yoxdur. Elan edilən nömrələrə müraciət daxil olmayıb. Hər hansı yeni informasiya olarsa, bu barədə bildirəcəyik”, - XİN rəsmisi əlavə edib.