“Zəlzələlərin təsirləri hələ də davam edir” - AFAD

zelzelelerin-tesirleri-hele-de-davam-edir
Oxunma sayı: 1033

“Türkiyədə 6 fevralda baş verən zəlzələlərin təsirləri hələ də davam edir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Zəlzələ və Riskin Azaldılması üzrə baş direktoru Orhan Tatar jurnalistlərə açıqlamsı zamanı bildirib.

“Həqiqətən, böyük bir fəlakətdən, 11 vilayəti əhatə edən və doqquz saat fərqlə meydana gələn iki böyük zəlzələdən danışırıq. Dünya tarixinə nəzər saldıqda bu qədər böyük ölçüdə, bir anda təxminən 500 kilometrlik səth qırılması yaradan, sonra isə təqribən 120 min kvadratkilometr əraziyə təsir edən başqa bir təbii fəlakətə rast gəlinməyib”, - deyə Tatar qeyd edib.

Tatar belə böyük zəlzələlərdən sonra ardıcıl təkanların çox uzun müddət davam edə biləcəyini də vurğulayıb.