Zemfira Meftahətdinova təqaüdə göndərildi

zemfira-meftahetdinova-teqaude-gonderildi
Oxunma sayı: 16496

Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova işdən azad edilib.

“Qafqazinfo”nun məlumatına görə, polis polkovniki Z.Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

O, 2015-ci ildən DİN-in İdman Cəmiyyətinin rəisi idi.

Həmçinin oxuyun: Российские миротворцы закрывают глаза на незаконные военные перевозки армян - Видео

 Сколько нерабочих дней в июне?

Qeyd edək ki, 1963-cü il təvəllüdlü Zemfira Meftahətdinova Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Zemfira xanım 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif edilib.

Karyerasını başa vurandan sonra daxili işlər orqanlarında vəzifəyə təyin olunmuşdu.

***

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Zemfira Meftahətdinovanı qəbul edib.

Yolasalma mərasimində general-polkovnik Vilayət Eyvazov onun dövlətçiliyə, peşə borcuna sədaqətini vurğulayıb, İdman Cəmiyyətinin rəisi kimi qüsursuz fəaliyyətini yüksək qiymətləndirib. Sonda nazir Vilayət Eyvazov Z.Meftahətdinovaya DİN-in “Fəxri fərman”ını təqdim edib.

Z.Meftahətdinova fəaliyyətini Azərbaycan Atıcılıq Federasiyasında davam etdirəcək.

Amin Nəzərli