“Qafqazinfo” apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində BMW markalı xidməti maşında olan Z. Nağdəliyev və “VAZ 21015” markalı avtomobilin sürücüsü, 21 yaşlı Nazim Cəbiyev müxtəlif bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Çənə və alın nahiyəsindən müxtəlif xəsarətlər alan Z. Nağdəliyev helikopterlə Bakı şəhərinə göndərilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər