“Zeytun bağları” markası təmizlik aksiyası keçirib - Fotolar

zeytun-baglari-markasi-temizlik-aksiyasi-kecirib
Oxunma sayı: 970

“Zeytun bağları” markası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təmizlik aksiyası həyata keçirib.

Novxanı çimərliyində baş tutan layihədə “Zeytun bağları” markası rəhbərliyi və əməkdaşları ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi könüllüləri, “Azərsun Holdinq” əməkdaşları, xüsusən “Bakı Qida və Yağ Fabriki” kollektivi aktiv iştirak ediblər.

Hər zaman sosialyönümlü aksiyalarda fəal iştirak edən “Zeytun bağları” markasının bu təmizlik aksiyasını keçirməkdə əsas məqsədi ətraf mühitin təmizliyinə riayət olunmasını təbliğ etmək, məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq və əhalini dəniz ətraf mühitinin mühafizəsi uğrunda mübarizəyə çağırış etmək olub. İməclik aksiyasının sonunda zərərli tullantılarla çirkləndirilmiş böyük bir ərazi ürəkaçan, təmiz bir əraziyə çevrilib.