Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun yaxınlarının başı üzərində "qara buludlar" dolaşır.
“Qafqazinfo” avropa.info-ya istinadən xəbər verir ki, Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov artıq üç gündür işə çıxmır.
Məlumatı verən mənbə qeyd edib ki, Mənsur Məmmədov icra başçısı vəzifəsindən azad olunacağı barədə sərəncamı gözləyir.
Qeyd edək ki, M.Məmmədov nəqliyyat naziri Ziya Məmmədovun əmisi oğludur. İndiki vəzifəsinə qədər Mənsur Məmmədov Göyçay rayon İcra Hakimiyyətinin başçısı olub.
Son xəbərlər
Son Xəbərlər